Türkiyədə Niğdedə işlədiyi təkrar emal fabrikində 14 yaşlı işçi (fəhlə) qolu maşına ilişərək həyatını itirib.
32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, təkrar emal fabrikində çalışan Abdurahman Ö. (14) qolunu işlədiyi maşına ilişdirib. Hadisədən sonra xəbərdar edilərək fabrikə tibbi qruplar sövq edilib. Hadisə yerində ilkin tibbi yardım alan işçi təcili yardımla Niğde Ömer Halisdemir Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, Abdurahman Ö. xilas etmək mümkün olmayıb və həyatını itirib.
Jandarma qrupları hadisə ilə əlaqədar araşdırma başladıb.
Ayxan