DÜNYA ÖZ XƏBƏR

Kişi arvadını ev işlərini görmədiyi üçün döydü

Başqırdıstanda bir kişi həyat yoldaşına hücum etdiyinə görə barəsində cinayət işi açılıb.

32gun.az  Rusiya mediasına istinadən xəbər verir  ki, bu barədə regionun Daxili İşlər İdarəsi məlumat yayıb.

Hadisə Beloretsk şəhərində baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 42 yaşlı qadınla həyat yoldaşı arasında mübahisə alkoqol asılılığı zəminində yaranıb. Kişi polislərə bildirib ki, həyat yoldaşı uzun müddətdir spirtli içkilərdən sui-istifadə edir və ev işləri ilə məşğul olmur.

Bu cür münaqişələr daha əvvəl də yaşanıb, lakin həmin gün kişi arvadının baş nahiyəsinə bir neçə zərbə endirib. Qadın xəstəxanaya yerləşdirilib, həkimlər onun başında çoxsaylı qançırlar aşkar ediblər.

Faktla bağlı qadının sağlamlığına qəsdən ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb.

Nilay 

Oxşar Xəbərlər