DÜNYA ÖZ XƏBƏR

Saytda tanış olduğu kişiyə aldanıb - külli miqdarda pulunu oğurladılar

Moskvada qadın tanışlıq saytında tanıdığı kişi vasitəsilə 5,2 milyon rubl itirib

Moskvada yaşayan qadın tanışlıq saytında tanış olduğu və özünü birja üzrə mütəxəssis kimi təqdim edən kişi tərəfindən aldadılıb.

32gun.az bildirir ki, bu  barədə RIA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

Manikür ustası olan qadın sosial şəbəkələrdə investisiya mövzusunda yayımlanan videolardan sonra bu sahədə özünü sınamağa qərar verib. Kişinin və onun tanışlarının məsləhəti ilə o, xüsusi proqram yükləyib, kriptocüzdan yaradıb və pullarını həmin şəxslərin göstərdiyi hesablara köçürməyə başlayıb.

Bir müddət sonra hesabında guya 12,7 milyon rubl görünüb. Amma bu pulu çıxarmaq üçün ondan əlavə 1 milyon rubl tələb edilib. Qadın bundan imtina etdikdə, dələduzlar ona hədə-qorxu gəliblər. Nəticədə qadın ümumilikdə 5,2 milyon rubl itirib və polisə müraciət edib.

Ayxan 

Oxşar Xəbərlər