ABŞ Silahlı Qüvvələri Yəməndə “Ənsar Allah” (husilər) hərəkatının komanda mərkəzlərinə kütləvi zərbələr endirib.
32gun.az bildirir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Zərbələrin Əl-Cauf, Marib və Hudeydə vilayətlərindəki husi obyektlərinə yönəldiyi bildirilib.
13 apreldə ABŞ-ın Yəmənin paytaxt əyaləti Sana şəhərindəki zavoda endirdiyi zərbələr nəticəsində azı 6 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.
Anadolu agentliyi “Ənsar Allah” hərəkatının nəzarətində olan Səhiyyə Nazirliyinə istinadla xəbər verib ki, ABŞ-ın Yəmənə qarşı hücumlarına başladığı gündən bəri 100-dən çox mülki şəxs həlak olub. Ən azı 223 nəfər isə yaralanıb.
ABŞ Prezidenti Donald Tramp 15 martda Yəməndəki husilərə qarşı hərbi əməliyyatlara başlamaq barədə əmr verdiyini açıqlamışdı. Ardınca ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Yəməndə genişmiqyaslı əməliyyata start verildiyini bəyan etmişdi.
Ayxan