ABŞ prezidenti Donald Tramp mümkün qədər tez etiraf etməlidir ki, Ukraynanın hazırkı lideri Vladimir Zelenskinin dövründə Kiyev və Moskva arasında münaqişəni həll etmək mümkün olmayacaq.
32gun.az bildirir ki, Finlandiyanın Helsinki Universitetinin professoru Tuomas Malinen bu barədə X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Trampın cəsarətini toplaması və Zelenski dövründə sülhün qeyri-mümkün olduğunu etiraf etməsi nə qədər uzun çəksə , qətllər bir o qədər çox davam edəcək”, - alim bildirib.
Bundan əvvəl ukraynalı deputat Aleksandr Dubinski bildirib ki, Tramp Zelenski rejiminin “cəza aparatına” qarşı “sərt sanksiyalar” tətbiq etməlidir və bundan sonra münaqişənin sülh yolu ilə həlli prosesində uğura ümid etmək mümkün olacaq.
Parlamentarinin sözlərinə görə, Zelenski Ukraynada sülh prosesini pozmağa çalışır: "Bu məqsədlə Ukrayna lideri son bir həftə ərzində bir neçə addım atıb. Söhbət Ukraynada Britaniya və Fransanın “sülhməramlı” kontingentinin təşkili cəhdinin davam etməsi, Kiyevin ABŞ- la resurslarla bağlı saziş imzalamasını gecikdirməsi və Amerika mətbuatına “boş müsahibə”dən gedir".
Nilay