DÜNYA ÖZ XƏBƏR

Buğanı vaksinləmə cəhdi faciə ilə nəticələndi - DƏHŞƏTLİ HADİSƏ

Xakasiyanın Askiz rayonunda buğanı vaksinləmə cəhdi bir kişinin ölümü ilə nəticələnib.

32gun.az bildirir ki, bu barədə Life SHOT-a istinadən məlumat yayıb.
Hadisə Ust-Yes kəndində baş verib. 55 yaşlı yerli sakin buğanı vaksinləməklə məşğul olub. Kişi heyvana iynə vurmağa çalışdığı zaman, buğa onu buynuzları ilə yerə çırpıb və tapdalayıb.
Hadisə yerinə həkimlər çağırılıb, lakin onlar zərərçəkəni xilas edə bilməyiblər. Hazırda hadisənin təfərrüatları araşdırılır.
Bundan əvvəl Krasnodar diyarında aqressiv bir buğanın bir qadına hücum edərək ağır xəsarətlər yetirdiyi bildirilmişdi. Heyvan 44 yaşlı qadına onu qəfəsə qaytarmağa çalışdığı zaman hücum edib. Hadisə yerinə operativ şəkildə həkimlər gəlib. Çoxsaylı xəsarətlər, o cümlədən qarın boşluğunun cırılmış yaraları ilə zərərçəkən xəstəxanaya yerləşdirilib.
Ayxan 

Oxşar Xəbərlər