DÜNYA ÖZ XƏBƏR

Təmir etməyə çalışdığı traktorun altında qalıb öldü

Türkiyədə Kütahyada traktoru təmir edərkən 73 yaşlı kişi faciəvi şəkildə həyatını itirib.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki,  Hüseyn Ayın (73) təmir etdirdiyi 43 FV 102 dövlət nömrə nişanlı traktor əyləcin işləməməsi nəticəsində hərəkətə keçib. Bu vaxt  yaşlı kişinin dayandırmağa çalışdığı traktor  aşıb. Hadisə nəticəsində o traktorun altında qalıb.

Vəziyyət 112 Təcili Zəng Mərkəzinə bildirildikdən sonra hadisə yerinə gələn səhiyyə və polis əməkdaşları H.Ayın həyatını itirdiyini müəyyən ediblər. Müayinədən sonra Ayın cəsədi Kütahya Şəhər Xəstəxanası meyitxanasına aparılıb.

Ayxan

Oxşar Xəbərlər