Los-Ancelesdə naməlum şəxslər divarda deşik açmaqla zərgərlik mağazasını qarət ediblər.
32gun.az bildirir ki, bu barədə Yerli "Fox 11" telekanalı xəbər verib.
Məlumatda qeyd edilib ki, ziyanın məbləği 20 milyon dollar təşkil edib.
Telekanalın məlumatına görə, cinayətkarlar bir həftə ərzində o vaxt boş olan qonşu otaqdan divarda deşik açıblar.
"Onlar üç futluq kərpic divarı deşib, sonra zərgərlik mağazasına tunel qazıb iki seyfi boşaldıblar", – nəşrdə deyilir.
Mağaza sahibinin oğlu da bildirib ki, qarət zamanı cinayətkarlar naqilləri kəsiblər, buna görə də müşahidə kameraları cinayətin törədildiyi anı qeydə almayıb.
Hazırda Los-Anceles polisi hadisə ilə bağlı araşdırma aparır. Cinayətdə iştirak edənlərin dəqiq sayı müəyyənləşdirilir.
Ayxan