Tatarıstan prokurorluğu xəbər verir ki, Kazanda yaşayan 42 yaşlı qadın narkomanlara mənzilini icarəyə verdiyi üçün cinayət işi ilə üzləşib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb .
İstintaqın versiyasına görə, qadın qadağan olunmuş maddələrə pul xərcləmək istəməyib və mənzilində narkotik yuvası təşkil edib.
O, insanlara mənzilində narkotik qəbul etməyə icazə verib və proses üçün lazım olan hər şeyi təmin edib.
Mənzilin sahibi barəsində narkotik maddələrin istehlakı üçün yer təşkil etmə və təqdim etmə maddəsi üzrə cinayət işi başlanıb.
"Qadın bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya məhdudlaşdırılmaması ilə dörd ilədək müddətə azadlıqdan məhrum edilmə cəzası ilə üzləşə bilər", - məlumatda deyilir. Materiallar mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Məlumdur ki, 2020-ci ildə də bu qadın analoji cinayət törətdikdən sonra məhkəməyə düşüb.
Nilay