DÜNYA ÖZ XƏBƏR

Ən qədim mütəşəkkil cinayətkar qrupunun üzvləri SVO-ya qoşulmağı xahiş ediblər

Moskvanın ən qədim cinayətkar qruplaşması olan "Taqanski"nin üzvlüyünə görə hazırda mühakimə olunan on nəfərdən demək olar ki, hamısı Ukraynadakı xüsusi hərbi əməliyyat zonasına (SVO) göndərilmələrini xahiş edib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Moskva Şəhər Məhkəməsində keçirilən dinləmələrdə son sözü ilə çıxış edən təqsirləndirilən şəxs Dmitri Yuxneviç bildirib.
"Biz hamımız, əksəriyyətimiz müharibəyə getmək üçün ərizə yazmışıq. Buraxmırlar", - deyə o bildirib.

Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri zərərçəkənlərin onlara qarşı irəli sürdüyü maddi və mənəvi zərərin ödənilməsi üzrə iddia məbləğlərinə - 1 milyard rubldan çox - da etiraz ediblər.
"Bu qədər pul haradan? Bu qədər məbləğ haradan yarandı, haradan, sadəcə başa düşə bilmirəm?" - deyə Yuxneviç bildirib.
Təqsirləndirilən şəxslər həmçinin öz günahlarını etiraf etməyib və onlara irəli sürülən həbs müddətlərinin qeyri-mütənasib olduğunu bildiriblər.

Prokurorluq aprelin 16-da cinayətkar qruplaşmanın iştirakçıları üçün 23 ildən 25 ilədək həbs cəzası tələb edib. "Taqanski"lər cinayətkar birliyin təşkili və iştirakı, banditizm, qətl, hədə-qorxu və qanunsuz silah dövriyyəsində ittiham olunurlar.

Martın 27-də andlı iclasçılar onlara qarşı ittiham hökmü çıxarıb. Məhkəmə hökmü may ayında elan edəcək.
Ayxan 

Oxşar Xəbərlər