ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən tətbiq edilən tariflərin səviyyəsi gözləniləndən xeyli yüksək olub və iqtisadi artımda yavaşlama müşahidə oluna bilər.
32gun.az CNN-ə istinadən xəbər verir ki, bunu Çikaqo İqtisadi Klubunun tədbirində ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauel deyib.
Pauell, tariflər ətrafında davam edən qeyri-müəyyənliyin uzunmüddətli iqtisadi ziyana səbəb ola biləcəyini söylədi. ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri qeyd edib ki, tariflərin iqtisadi nəticələri arasında işsizlik, ölkədə iqtisadi artımın yavaşlaması və yüksək inflyasiya ola bilər.
"İkili mandat məqsədlərimizin ziddiyyət təşkil etdiyi çətin vəziyyətə düşə bilərik" deyə Pauell deyib.
Aprelin 16-da Ümumdünya Ticarət Təşkilatı 2025-ci ildə qlobal ÜDM artımı proqnozunu 0,6 faiz bəndi azalaraq 2,2%-ə qədər pisləşdirib - Əvvəlki gözləntilərdən aşağıdır.
Əsas səbəblər yeni ticarət tarifləri və beynəlxalq siyasətdə qeyri-sabitlik idi.
Trampın özü bildirib ki, ABŞ tətbiq edilən idxal rüsumları sayəsində rekord məbləğdə pul alır.
Ayxan