Beynəlxalq tədqiqatçı qrupu qaranlıq maddəni təşkil edə biləcək hipotetik hissəciklər olan aksionları axtarmaq üçün nəzərdə tutulmuş "kosmik radio" qəbuledicisi adlanan cihazın layihəsini təqdim edib.
32gun.az bildirir ki, bu barədə "Nature" jurnalında dərc olunan məqalədə yazılıb.
Qaranlıq maddə Kainatın təxminən 75%-ni təşkil edən sirli bir komponentdir. O, görünməzdir, işıq yaymır və maddə ilə birbaşa qarşılıqlı təsir göstərmir, lakin məhz onun mövcudluğu əks halda anlaşılmaz qalan bir çox qravitasiya effektlərini izah edir. İndi isə bəşəriyyət onun aşkar edilməsinə bir addım daha yaxınlaşıb.
Aksionlar dalğalar kimi davranır və insan qulağının eşidə bildiyi tezliklərdən tutmuş yüksək teraherz tezliklərinə qədər müxtəlif tezliklərə malik ola bilərlər. Alimlər aksionların hansı tezlikdə "yayımlandığını" bilmirlər, lakin onun aşkar edilə biləcəyini düşünürlər. AQ (Axion Quasiparticle) adlanan yeni cihaz, radio stansiya axtararkən olduğu kimi, lazımi dalğanı tutana qədər bütün tezlik spektrini tədricən "yoxlayacaq". AQ-nin tezliyi aksionun tezliyi ilə üst-üstə düşəndə, sistem kiçik bir işıq miqdarı - fiziklərin onilliklərdir gözlədiyi siqnalı yayacaq.
Bu həssas sistemi yaratmaq üçün alimlər ekzotik bir materialdan - MnBi₂Te₄ (vismut və manqan telluridi) istifadə ediblər. Tezliklərin tənzimlənməsində və aksionlara həssaslıqda maksimum dəqiqliyə nail olmaq üçün onu bir neçə atom qalınlığında təbəqələrlə çəkiblər.
London Kral Kollecindən doktor Devid Marş qeyd edib: "Biz artıq lazımi texnologiyalara sahibik. Yalnız layihəni miqyaslandırmaq və nəticələri gözləmək qalıb."
Alimlər beş il ərzində tam ölçülü detektor yaratmağı planlaşdırırlar, bundan sonra qaranlıq maddənin güman edildiyi yüksək tezlikli spektrin skan edilməsi təxminən on il vaxt aparacaq.
Nilay