DÜNYA ÖZ XƏBƏR

Tramp Ukrayna ilə yeraltı sazişin imzalanması üçün ehtimal olunan tarixi açıqlayıb

Vaşinqton və Kiyev aprelin 24-də Ukrayna mineral ehtiyatları haqqında saziş imzalayacaqlar.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp  ABŞ Ağ Evdə bildirib. 

"Bizim faydalı qazıntılar üzrə sazişimiz var, mən inanıram ki, yaxın vaxtlarda gələn cümə axşamı (24 aprel) bağlanacaq.

İnanıram ki, onlar müqaviləyə əməl edəcəklər, ona görə də görəcəyik", - Amerika lideri bildirib.

Bir neçə saat əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bu gün onlayn görüş zamanı Kiyev və Vaşinqtonun mineral ehtiyatlar üzrə sazişin bir hissəsi kimi niyyət memorandumu imzalaya biləcəyini bildirib. 

Öz növbəsində ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, bu həftə Ukrayna ilə resurs sazişi imzalana bilər.

Onun sözlərinə görə, əsas şərtlər, o cümlədən aktivlərə nəzarət və maliyyə yardımının ödənilməsi mexanizmi ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, danışıqlar davam edir.

Nilay 

Oxşar Xəbərlər