Fransa prezidenti Emmanuel Makron , ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff arasında aprelin 17-də baş tutan görüş məhsuldar olub.
32gun.az bildirir ki, bu barədə Agence France-Presse (AFP) Yelisey sarayına istinadən məlumat yayıb.
“Bunlar bizim mövqelərimizi bir-birinə yaxınlaşdırmağa imkan verən konstruktiv danışıqlar idi”, - agentlik iddia edib.
Fransa prezident administrasiyasının məlumatına görə, Parisdə avropalıların iştirakı ilə danışıqlar prosesinə başlanılıb.
Aprelin 17-də prezident Makron Yelisey sarayında Rubio və Witkoff ilə görüşüb . Onlar Ukraynadakı münaqişənin həlli və bir sıra digər məsələləri müzakirə ediblər.
Həmin gün ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus bəyan edib ki, Ukraynadakı münaqişə hərbi yolla həll edilə bilməz.
Nilay