DÜNYA ÖZ XƏBƏR

Müəllim dörd yaşlı ögey qızına təcavüz edib

Cənubi Afrika Respublikasında (CAR) 25 yaşlı qadın sevgilisinin dörd yaşlı qızına təcavüz və qətl etməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.

32gun.az bildirir ki, bu barədə Sowetan LIVE nəşri məlumat yayıb.

Hadisə 2023-cü ildə Yohannesburqda baş verib, lakin məhkəmə prosesi yalnız indi başlayıb. Məlumata görə, məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçisi olan Ember Li Hyuz adlı qadın sevgilisi Nadı-Ceyn Çallita ilə yaşayıb.

Prokurorluğun nümayəndəsinin bildirdiyinə görə, Hyuz tez-tez uşaqla mübahisə edir və ona zərər yetirməklə hədələyirdi. Bir dəfə kişi sevgilisini uşaqla tək qoyub işləri ilə əlaqədar çıxıb gedib. Hyuz məlum olmayan səbəbdən qıza naməlum əşya ilə cinsi təcavüz edib.

Daha sonra təqsirləndirilən şəxs uşaqla birlikdə vanna otağına gedib. Bir müddət sonra zərərçəkmiş vanna otağında üzən vəziyyətdə tapılıb, lakin onu xilas etmək mümkün olmayıb.

Tərbiyəçiyə artıq ittihamlar irəli sürülüb, lakin o, bəzi maddələr üzrə günahını etiraf etməyib. Hazırda məhkəmə prosesi davam  edir.

Nilay 

Oxşar Xəbərlər