İtaliyanın Monte Faito dağında içərisində beş sərnişinin olduğu funikulyor qırılaraq çöküb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki , 3 nəfər hadisə yerində ölüb, daha biri itkin düşüb.
İlkin məlum olub ki, 3 nəfər ölümcül xəsarət alıb, 1 nəfər itkin düşüb və axtarışlar davam edir. Hadisə zamanı kabinədə olan beşinci şəxsin taleyi ilə bağlı heç nə dəqiqləşdirilməyib.
Xilasedicilər iki helikopterdən istifadə etməklə hadisə yerində işləyirlər.
Dağda funikulyor gözləyən insanlar təxliyə edilib. Hadisənin bütün şəraiti aydınlaşdırılır.
Nilay