DÜNYA ÖZ XƏBƏR

Putin və Qətər əmiri Əl Tani bilərəkdən Ukraynanı müzakirə etməyiblər

Rusiya prezidenti Vladimir Putin və Qətər əmiri Təmim bin Həməd Al Tani Kremldə baş tutan görüşdə Ukrayna məsələsini gündəmə gətirməyiblər, çünki onlar ikitərəfli gündəmə diqqət yetirməyə və həssas məsələlərə toxunmamağa üstünlük veriblər.

32gun.az bildirir ki, bu fikri Qətərli politoloq və analitik Xalid Valid Mahmud RİA Novosti ilə söhbətində bildirib. 

Agentliyin həmsöhbəti qeyd edib ki, beynəlxalq vəziyyətin incəliyini dərk edən iki ölkə liderləri görüşü ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə və birgə işlərə həsr etmək qərarına gəliblər.

Onun sözlərinə görə, Putin və Əl Tani “müxtəlif şəkildə şərh edilə bilən” həssas məsələlərə toxunmamağa üstünlük veriblər.

Mahmud əlavə edib ki, Qətər, eyni zamanda, əvvəllər olduğu kimi, Rusiya və Ukrayna arasında humanitar vasitəçi kimi çıxış etməyə hazırdır.

Aprelin 17-də Təmim Əl Tani Rusiyaya rəsmi səfər edib. O, Putinlə görüşdə ölkələr arasında ikitərəfli əlaqələr və onların möhkəmləndirilməsi yollarını, müxtəlif sahələrdə əməkdaşlığın inkişafını müzakirə edib. Xüsusilə, Rusiya lideri və Qətər əmiri qarşılıqlı ticarətin həcminin artırılması məqsədilə Rusiya Federasiyası ilə Qətər arasında ticarət-iqtisadi əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər. Bundan əlavə, qaynar nöqtələrlə bağlı məsələlərə toxunublar.

Ayxan 

Oxşar Xəbərlər