18 apreldə Müqəddəs Odu almaq üçün İsrailə gedən Yepiskop Markelə növbəti dəfə ölkədən çıxmağa icazə verməyiblər.
32gun.az bildirir ki, bu barədə Sputnik Moldova-nın Telegram kanalında məlumat verilib.
"Məni əsassız yerə Moldovadan buraxmadılar, heç bir pozuntu aşkar olunmadı", - deyə arxiyepiskop bildirib.
O qeyd edib ki, bir gün əvvəl də oxşar vəziyyət yaşanıb. Markel onu saxlayan polisi təsadüfən hakimiyyətə gələn insanların əlində alət adlandırıb.
Bir gün əvvəl yepiskop Kişinyov hava limanında pasport nəzarətində saxlanılıb və heç bir izahat verilmədən sənədləri alınıb.
Ayxan