Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə sabah yeni irimiqyaslı məhbus mübadiləsi keçirəcək.
32gun.az bildirir ki, "Sky News" aprelin 18-də mənbəyə istinadən xəbər verib.
Çox güman ki, yekun mübadilə zamanı 500-ə yaxın rus və ukraynalı əsir və 46 yaralı əsgər dəyişdiriləcək, yəni mübadilədə hər tərəfdən 246 məhbus iştirak etməlidir.
Müharibə zamanı Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə yüzlərlə əsir dəyişdirdi. Nəşr yazır ki, BƏƏ vasitəsilə mübadilə edilən məhbusların ümumi sayı hazırda 3233 nəfər təşkil edir.
Mübadilə ABŞ dövlət katibi Marko Rubionun atəşkəsin əldə oluna biləcəyinə dair açıq-aşkar əlamətlər olmasa, ABŞ-ın Rusiya və Ukrayna arasında sülh razılaşmasına vasitəçilik etmək cəhdlərini bir neçə gün ərzində dayandıracağı xəbərdarlığından sonra elan edilib.
Nilay