Qırğızıstanın Oş şəhərində xoşagəlməz bir hadisə baş verib.
32gun.az Turmush-a istinadən xəbər verir ki, fiziki tərbiyə müəllimi dərs zamanı şagirdlərlə münaqişə nəticəsində xəsarət alıb.
Müəllimin özünün bildirdiyinə görə, iki yuxarı sinif şagirdi onu aldatmaq yolu ilə dərs keçirilən otaqdan çıxarıb. Şagirdlər müəllimlə hal-əhval tutduqdan sonra ona "bir şey göstərəcəklərini" vəd edərək küçəyə aparıblar.
"Onlardan nə baş verdiyini soruşdum, cavabında isə kastetlə zərbə aldım", - deyə gənc müəllim bildirib.
Bir müddət sonra müəllim huşunu itirib, ayıldıqdan sonra isə yenidən döyülüb. Bu aqressiv davranışın səbəbləri hələlik məlum deyil.
Hadisədən sonra gənc müəllim müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xəsarətlərin xarakteri və digər təfərrüatlar açıqlanmır. Hazırda həkimlər ona lazımi tibbi yardımı göstərirlər.
Müəllim polisə müraciət edib. Şəhər Polis İdarəsindən verilən məlumata görə, hüquq-mühafizə orqanları hadisə barədə məlumat alıblar. Hazırda istintaq tədbirləri davam etdirilir.
Ayxan