Ukraynada Aprelin 18-i axşam saatlarında sosial şəbəkələrdə bir qrup yeniyetmənin hərbi geyimli şəxsi döyməsinin videosu yayılmağa başlayıb.
32gun.az bildirir ki, hadisə Kiyevdə Hidroparkda baş verib.
Polis tezliklə vəziyyəti şərh edib və iki hücumçunun həbs olunduğunu bildirib.
Paytaxtın hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir ki , ilkin məlumata görə, bir qrup yeniyetmə hərbi geyimli şəxsə yaxınlaşaraq münaqişə törədib.
Daha sonra gənclər qurbanı yerə yıxaraq onu təpikləməyə və yumruqlamağa başlayıblar.
Hazırda kişiyə lazımi tibbi yardım göstərilir. İki yeniyetmə saxlanılıb - onlar 17 yaşlı Kiyev sakinləridir. Qalan hücumçuların axtarışı davam edir.
Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir və Ukrayna Cinayət Məcəlləsinin 296. 2-ci maddə ilə cinayət işinin açılması məsələsi qaldırılır.
Ayxan