DÜNYA ÖZ XƏBƏR

Olimpiya mükafatçısı Rusiya tərəfindən dağıdılan idman kompleksini nümayiş etdirib

Məşhur ukraynalı idmançı Lyudmila Luzan Dneprdə avarçəkmə bazasının ruslar tərəfindən atəşə tutulduqdan sonra dağıdılmasının fotosunu paylaşıb.

32gun.az bildirir ki, Luzan bunları qeyd edib:

“Rusnya avarçəkmə bazasına sülh gətirib. 

Yada salaq ki, dünən və bu gün ruslar yenidən Dnepr və Dnepropetrovsk vilayətinə hücum ediblər.

28 yaşlı Luzan avarçəkmə yarışlarında çoxsaylı dünya və Avropa medallarını qazanmış ulduz ukraynalı idmançıdır.

Luzanın həmçinin üç Olimpiya Oyunları mükafatı var: iki gümüş və bir bürünc...

Parisdə keçirilən 2024-cü il Oyunlarının bağlanış mərasimində Luzan güləşçi Nəsibovla birlikdə Ukrayna bayrağını daşıyıb.

Nilay 

Oxşar Xəbərlər