Rusiya Barents dənizi ilə bağlı 2007-ci ildə Norveç, Finlandiya və İsveçlə imzalanmış sazişi ləğv etmək qərarına gəlib.
32gun.az bildirir ki, Müvafiq sərəncamı baş nazir Mixail Mişustin imzalayıb.
Bu sənəd bu dənizdə və Avro-Arktika regionunda əməkdaşlığın inkişafına kömək etməli olan Beynəlxalq Barents Katibliyinin yaradılmasını nəzərdə tuturdu.
Bundan əlavə, Moskva fövqəladə halların qarşısının alınması, hazırlıq və cavab tədbirləri sahəsində birgə fəaliyyət haqqında 2008-ci il sazişindən çıxır. Saziş Danimarka , İslandiya , Norveç, Finlandiya və İsveçin daxil olduğu Barents Avro-Arktika Şurasının ( BEAC ) ölkələri tərəfindən imzalanıb. Rusiya 2023-cü ildə şuranı tərk edib.
Ayxan