DÜNYA ÖZ XƏBƏR

Sinifdə tüfənglə poz verən direktor müavini barəsində istintaq başladılıb

Ankara sinifdə tüfənglə poza verən direktor müavini barəsində araşdırma başlanılıb.

32gun.az bildirir ki,  bu barədə Ankara İl Milli Təhsil Müdirliyindən  yazılı açıqlama verilib.

Açıqlamada bildirilib:

"@boykotyapannuri X hesabında yayımlanan "Məktəbdə bir müəllimin bu şəkildə nə işi var?" başlıqlı paylaşımda yer alan  məsələlərlə əlaqədar Çankaya rayonu Ankara Atatürk Liseyinin direktor müavini Hüseyn Çinkaya barəsində Milli Təhsil Müdirliyi tərəfindən araşdırma başlanılmışdır. Nəticəsi daha sonra ictimaiyyətlə paylaşılacaqdır".

Ayxan 

.

Oxşar Xəbərlər