DÜNYA ÖZ XƏBƏR

İran prezidenti ABŞ-la nüvə sazişi bağlamağa hazır olduğunu bildirib

İran hökuməti ABŞ- la bərabər şərtlərlə nüvə sazişi bağlamağa hazırdır.

32gun.az xarici KİV-ə istinadən xəbər verir, bu barədə İran prezidenti Məsud Pezeşkian məlumat verib.

Aprelin 19 -da Romada İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həllinə dair danışıqların ikinci raundu başa çatıb . İRİB-in məlumatına görə, o, konstruktiv atmosferdə keçib.

Oman Xarici İşlər Nazirliyinin məlumatına görə , Tehran və Vaşinqton İranın nüvə silahı yaratmaq niyyətindən tamamilə imtina etməsini və sanksiyaların tamamilə ləğvini təmin edən sazişi müzakirə edirlər . Eyni zamanda, İran dinc nüvə enerjisini inkişaf etdirmək hüququnu özündə saxlaya bilər.

Ayxan 

Oxşar Xəbərlər