DÜNYA ÖZ XƏBƏR

Qəbiristanlıqda minaya basan şəxs ölüb - Rusiyada

Donetskin Qorlovka sakini qəbiristanlıq ərazisində Ukrayna minasına basaraq ölüb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə rayonun rəhbəri İvan Prixodko məlumat verib.

Faciə aprelin 21-də Qolmovski kəndində baş verib. Zərərçəkmiş ağır bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. O, əməliyyat masasında dünyasını dəyişib.

Prixodko Telegram kanalında yazıb: "Həkimlər sona qədər mübarizə apardılar, lakin xəsarətlər həyatla bir araya sığmırdı".

Rayon rəhbəri mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

Ayxan 

Oxşar Xəbərlər