Vladimir Jirinovskinin xarici pasportu hərraca çıxarılıb
LDPR-in (Liberal Demokratik Partiya Rusiyası) mərhum lideri Vladimir Jirinovskinin xarici pasportu Sankt-Peterburqda yerləşən Şimal Auksion Evi tərəfindən hərraca çıxarılıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə auksion evinin rəsmi saytında məlumat verilib.
Bildirilir ki, sənəd 1992–1997-ci illəri əhatə edir. Lotun təsvirində pasportun Jirinovskinin avtoqrafını, vizaları və Rusiya sərhəd xidmətinin möhürlərini ehtiva etdiyi qeyd olunub.
"Ölçüsü 12,5x9 sm-dir. Qolenkor üzlüklə, üzərində ştamplama var. Goznak istehsalıdır. Sənəd doldurulub. İstifadə izləri mövcuddur, ümumi vəziyyəti yaxşıdır", – deyə məlumatda bildirilir.
Hərrac 27 aprel tarixində keçiriləcək. Lotun ilkin qiyməti 100 min rubl təşkil edir.
Qeyd edək ki, Vladimir Jirinovski 2022-ci il aprelin 6-da uzun sürən ağır xəstəlikdən sonra 75 yaşında vəfat edib.
Bundan başqa, 2025-ci il sentyabrın 1-dən etibarən Rusiyada ali məktəb tələbə və magistrantlarına Vladimir Jirinovski adına təqaüd veriləcək. Müvafiq qərarı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb.
Ayxan