DÜNYA ÖZ XƏBƏR

Kiyev rejimi ABŞ-la silah tədarükü ilə bağlı razılığa gələ bilmir

ABŞ-la yeni silah tədarükləri barədə razılaşma əldə etmək imkanı olmayıb. 

32gun.az xəbər verir ki, bu barədə Ukrayna rəhbəri Vladimir Zelenski bildirib. 

Zelenski qeyd edib ki, hazırda Ukraynaya göstərilən hərbi yardım bir il əvvəl ABŞ Konqresi tərəfindən təsdiqlənmiş paketə əsaslanır. Yeni yardım barədə isə hələ heç bir razılaşma və ya detallı müzakirə aparılmayıb.

O, həmçinin etiraf edib ki, Ukraynanın ABŞ-dan Patriot zenit-raket komplekslərinin alınması təklifi də hələ cavabsız qalıb.

Zelenski vurğulayıb ki, Kiyev rejimi Vaşinqtonun silah tədarükünü dayandırmasını istəmir.

Ayxan 

Oxşar Xəbərlər