DÜNYA ÖZ XƏBƏR

Lavrov Özbəkistana rəsmi səfərə gedib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistana rəsmi səfərə gedib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, onun mindiyi təyyarə Səmərqənd hava limanına enib. Enişdən sonra Lavrovu Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov qarşılayıb.

İki günlük səfər çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri özbəkistanlı həmkarı ilə danışıqlar aparacaq, ölkə prezidenti Şavkat Mirziyoyevlə görüşəcək.

Rusiya Xarici İşlər Nazirliyinin nəşrinin məlumatına görə , tərəflər ikitərəfli gündəliklərin spektrini müzakirə edəcək və ölkələr arasında hərtərəfli strateji tərəfdaşlıq və əməkdaşlığın daha da gücləndirilməsinə dair sazişlərin icrasının gedişatını nəzərdən keçirəcəklər. Əsas diqqətin çətin geosiyasi vəziyyətdə Moskva və Daşkənd arasında qarşılıqlı fəaliyyətə yönələcəyi vurğulanıb. 

Ayxan 

Oxşar Xəbərlər