Moskva polisi, paytaxtın cənubunda bir barın yaxınlığında rəqibini vuraraq öldürən kişini saxlayıb.
32gun.az bildirir ki, hadisə ilə bağlı məlumatı Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti 22 aprel tarixində yayıb.
Cinayətkar hərəkət etməkdə şübhəli bilinən 29 yaşlı kişi, Moskva şəhəri Danilovski rayonunun polis şöbəsinin cinayət axtarış şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, kişi, Arxitektor Şçusyev küçəsindəki barın yaxınlığında, qəflətən yaranan şəxsi narazılıq səbəbilə 51 yaşlı kişiyə başına iki zərbə vurub. Zərbələrdən sonra kişi yerə yıxılıb və hadisə yerində ölüb.
Hadisəni görən şahidlər polis və təcili yardım çağırıblar.
Saxlanılan şəxs və polislər tərəfindən toplanan bütün materiallar istintaq orqanlarına təhvil veriləcək.
Nilay