DÜNYA ÖZ XƏBƏR

Zelenskinin istefası Rusiya üçün şərt deyil

Ukrayna Prezidenti Vladimir Zelenskinin istefası Moskvanın münaqişənin həlli üçün irəli sürdüyü tələblər sırasında deyil.

32gun.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Fransanın Le Point nəşrinə açıqlamasında bildirib.

Peskov qeyd edib ki, əgər bu gün Zelenski ilə razılaşma imzalansa belə, Ukrayna cəmiyyəti sonradan onun legitimliyini hüquqi şəkildə sual altına qoya bilər.

Xatırladaq ki, Zelenskinin prezidentlik müddəti 2024-cü ilin 20 mayında başa çatıb. Ancaq Ukraynada hərbi vəziyyət davam etdiyindən prezident seçkiləri keçirilməyib.

2025-ci ilin 8 aprel tarixində "Vzqlyad" qəzeti ekspertlərə istinadla yazmışdı ki, Zelenski seçkiləri qısa müddətdə təşkil etməklə həm Rusiyanı, həm də ABŞ-ı aldatmaq istəyir. Məqsəd seçkiləri öz şərtləri ilə və demək olar ki, rəqibsiz keçirməkdir.

Ayxan 

Oxşar Xəbərlər