DÜNYA ÖZ XƏBƏR

Ağ Ev: Zelenski yanlış istiqamətdə gedir və Trampın səbri tükənir

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyası ilə münaqişənin həlli sahəsində ondan tələb olunanı etmir və Amerika lideri Donald Trampın səbri tükənir.

32gun.az "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib. 

"Təəssüf ki, görünür, prezident Zelenski yanlış istiqamətdə hərəkət edir. Donald Trampın səbri tükənir", - Levitt bildirib.

O vurğulayıb ki, Tramp Kiyevdən Krımı Rusiya Federasiyasının bir hissəsi kimi tanımasını tələb etmir ; ona ancaq Ukrayna lazımdır ki, danışıqlar masasına otursun və münaqişənin uzandığını etiraf etsin.

Levitt həmçinin qeyd edib ki, nizamlanma danışıqları bağlı qapılar arxasında aparılmalı və ictimaiyyətə açıqlanmamalıdır.

Nilay 

Oxşar Xəbərlər