İstanbulda zəlzələdən sonra 200-ə yaxın artçı zəlzələ qeydə alınıb.
32gun.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) bildirib.
“6,2 bal gücündə əsas təkandan sonra 184 afterşok qeydə alınıb ki, onlardan yeddisinin maqnitudası 4-dən yuxarı olub”, - deyə idarənin press-relizində deyilir.
AFAD zəlzələlərin yaxın günlərdə də davam edəcəyi ilə bağlı xəbərdarlıq edib və zəlzələdən zərər görmüş evlərə girməməyi tövsiyə edib.
Nilay