Kiyevdə partlayışlar baş verib.
32gun.az bildirir ki, bu barədə “Военкоры русской весны" Telegram kanalı məlumat yayıb.
Bildirilir ki, Ukrayna paytaxtı kombinə edilmiş hücuma məruz qalır. Kiyevə raket hücumundan sonra onlar pilotsuz uçuş aparatları ilə zərbə endiriblər.
Vurğulanır ki, Qoloseyevski rayonunda avtomobillər və binalar yanır.
Bir gün əvvəl Poltavanın bir neçə rayonunun pilotsuz təyyarənin hücumundan sonra elektriksiz qaldığı bildirilmişdi.
Ayxan