Rusiyada Müstəntiqlər Tuapsedəki Qəhrəmanlar təpəsindəki “Əbədi məşəl” abidəsinin təhqir olunması ilə bağlı cinayət işi açıb.
32gun.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bundan əvvəl Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsi bildirmişdi ki, sosial şəbəkələrdə bir qızın “Əbədi məşəl”in alovundan siqaret yandırdığı videosu yayılıb.
“Rusiyanın hərbi şöhrət rəmzlərinin ictimai şəkildə təhqir olunması ilə bağlı cinayət işi açılıb”, - idarədən aydınlıq gətirilib.
Polis əməkdaşları cinayətkarın şəxsiyyətini müəyyən etməyə müvəffəq olublar.
Polisin verdiyi məlumata görə, qız izahat verərkən onun hərəkətlərini qeyri-ciddi adlandırıb və heç kimi incitmək niyyətinin olmadığını açıqlayıb.
Nilay