SOSIAL ÖZ XƏBƏR

Nazirliyin bu mərkəzi 10 manatlıq şirkəti yarım milyonluq tenderdə qalib edib - Şipris, birdəfəlik, əlcək və s. üçün

Baytarlıq ləvazimatlarının alınması üçün keçirilən tenderin qalibi bəlli oldu

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün baytarlıq ləvazimatları, antiseptik vasitələr və sarğı materiallarının satınalınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyənləşib.

32gun.az-ın məlumatına görə, Satınalma prosedurunun qalibi "EPİDBİOMED" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətin təklif etdiyi məbləğ 426.658,5 manat təşkil edir.

Tenderə əsasən sözü gedən agentlik aşağıda qeyd olunanlarla təmin olunmalıdır.

Başlıq Miqdar

Birdəfəlik əlcək (lateks) ölçü – L

Lateks əlcək, pudrasız, 1 qutuda 100 ədəd olmaqla

600

qutu

Birdəfəlik əlcək (lateks) ölçü – XL

Lateks əlcək, pudrasız, 1 qutuda 100 ədəd olmaqla

1.500

qutu

Birdəfəlik əlcək (lateks) ölçü – XXL

Lateks əlcək, pudrasız, 1 qutuda 100 ədəd olmaqla

900

qutu

Rezin əlcək

Zəhərli kimyəvi preparatlardan qoruyan, polivinilxlorid (PVX) material, min 320 mm uzunluqda

10.000

cüt

Maska

Üç qatlı qoruyucu tibbi maska, birdəfəlik istifadə üçün, elastik bantlı, burun klipi (fiksatoru) ilə, müxtəlif rənglərdə 1 qutuda 50 ədəd olmaqla

3.000

qutu

Spirt 95%-li

Antiseptik vasitə Xarakterik spirt qoxusu olan şəffaf, rəngsiz maye Aktiv maddə: etanol (95% etil spirti) Qablaşma:1 litrlik polietilen qablar

3.000

litr

Povidon yod 10%-li

Antiseptik vasitə Yerli və xarici istifadə üçün Qablaşma: 100 ml flakon

5.000

ədəd

Tibbi pambıq 100 qr

İstifadəsi - tibbi və gigiyenik Təbii 100% pambıqdan emal edilən

3.000

ədəd

Bint

İlk yardım üçün sarğı materialı Tibbi cuna - eni 15 sm, uzunluğu - 5 m

10.000

ədəd

Termoçemodan

Vaksinlərin daşınması üçün konteyner. Tutumu: 15-20 litr Temperatur saxlanma müddəti: min. +2 ͦ C, maks. +8 ͦ C saxlama qabiliyyəti 48-72 saat Material: Plastik

250

ədəd

Vakuum probirka gelli

İstifadəsi: qan zərdabının alınması, saxlanması və tədqiqat üçün laboratoriyaya daşınması; Laxtalanma aktivatoru və poliakrilik geli ilə Ölçüsü (mm): 16x100 Standart nümunə həcmi (ml) : 8 Qapağın rəngi: qırmızı 50000, sarı 100000. Material - plastik. Seroloji, biokimyəvi və immunoloji tədqiqatlar üçün

150.000

ədəd

Vakuum probirkalar üçün iynə

Steril ikitərəfli baytarlıq iynələri G18 Rəngi: çəhrayı Uzunluq 38 mm (1.2x38) Materialı - paslanmayan polad

150.000

ədəd

Holder

Vakuum probirkalar üçün tutacaq, təkrar istifadə, qeyri-steril

8.000

ədəd

Birdəfəflik şpris 5 ml

3 komponentli, 18G (1.2x40mm) iynəsi ilə birlikdə

8.000

ədəd

Birdəfəflik şpris 10 ml

3 komponentli, 18G (1.2x40mm) iynəsi ilə birlikdə

1.000

ədəd

 

Miqdar

Birdəfəflik şpris 20 ml

3 komponentli, 18G (1.2x40mm) iynəsi ilə birlikdə

1.000

ədəd

Şpris-vaksinator

Avtomatik vaksinator rezin boru ilə. İstifadəsi: peyvəndləmə zamanı bioloji məhsulların dərialtı və əzələdaxili yeridilməsi üçün (0,1-10 ml dozada inyeksiya). Material: metal və ya plastik

1.200

ədəd

Biomaterial üçün konteyner

Qeyri-steril vintli qapaqlı, birdəfəlik, bölmələr ilə qablar (konteyner/probirka). Patoloji (bioloji) materialın laboratoriyaya daşınması üçün. Həcmi - 50- 100 ml Material - şəffaf polipropilen

30.000

ədəd

Birdəfəlik inyeksiya iynələri şpris-vaksinator üçün

Steril baytarlıq iynələri. Material - tibbi polad. Ölçü: 0.8(1.2; 1.5) x30 mm (70%), 1.0(2.0) x40 mm (30%)

500.000

ədəd

Qeyd edək ki, qalib şirkətin nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi isə Məmməd Əli Əliyev Sabir oğludur.

Xatırladaq ki, Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovdur. Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi Məsud Xatibidir.

Ayxan 

Oxşar Xəbərlər