ABŞ Prezidenti Donald Tramp, xüsusi elçi Stiven Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə Kremldə keçirdiyi görüşü “yaxşı” adlandırıb.
32gun.az bildirir ki, bu barədə Reuters məlumat yayıb.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirib ki, Putin və Uitkoff arasında keçirilən növbəti görüş Rusiya və ABŞ-ın mövqelərini təkcə Ukrayna məsələsində deyil, digər sahələrdə də yaxınlaşdırıb. Uşakov həmçinin qeyd edib ki, Rusiya Prezidenti ilə ABŞ-ın xüsusi elçisi Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların bərpa olunması imkanını müzakirə ediblər. Onun sözlərinə görə, üç saat davam edən görüş konstruktiv keçib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, Putinlə Uitkoff arasında keçirilən görüşlər ABŞ tərəfinə Rusiyanın mövqeyini çatdırmaq üçün yaxşı imkandır.
Ayxan