Meksikanın Monterrey şəhərində Müasir İncəsənət Muzeyinin əməkdaşı təsadüfən tanınmış müasir rəssam Jivago Dankanın qiymətli heykəltəraşlıq əsərini sındırıb.
32gun.az bildirir ki, bu barədə "Need to Know" portalı məlumat yayıb.
“Biz muzeyə getmişdik və təsadüfən eksponatın dağıdılmasına şahid olduq”, – deyə hadisə şahidi bildirib.
Hadisə zamanı muzey əməkdaşı "Romantik primitivizm" sərgisinin tərkibinə daxil olan əsərlərdən birinə toxunub və onu sındırıb. Hadisədən sonra digər əməkdaşlar həmkarını zaldan uzaqlaşdırıblar.
Jivago Dankanın əsərləri köhnəlmiş materiallardan istifadə etməsi və müasir sivilizasiyanın kövrəkliyini simvolizə etməyə çalışması ilə tanınır. Onun heykəltəraşlıq işlərinin qiyməti 2,6 milyon rubla qədər ola bilər.
Qeyd edək ki, ötən il İsrailin Hayfa şəhərində yerləşən Xext Muzeyində dörd yaşlı uşaq təsadüfən gec bronz dövrünə – təxminən 3 500 il əvvələ aid qədim bir qabı yerə salaraq sındırmışdı. Sky News-un məlumatına görə, uşaq muzeyi anası ilə birlikdə ziyarət edərkən eksponata toxunub və onu yerə salıb. Qədim qab təxminən 35 ildir ki, muzeydə saxlanılırdı və vaxtilə şərab və ya zeytun yağı saxlamaq üçün istifadə olunmuşdu.
Muzey rəhbərliyi uşağın ailəsinə qarşı heç bir iddia irəli sürməməyə qərar verib. Sındırılmış qab bərpa edilərək yenidən muzeyin zallarında nümayiş olunacaq.
Nilay
.
.
.
.