Türkiyəli məşhur rep ifaçısı Sefo ləqəbi ilə tanınan Seyfullah Sağırın Samsunun İlkadım rayonunda yerləşən ailə evində yanğın baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb, yanğın isə qısa müddətdə söndürülüb.
Yanğın dünən gecə saatlarında Baruthane məhəlləsindəki 10 mərtəbəli binanın sonuncu qatında meydana gəlib. Naməlum səbəbdən baş verən yanğınla bağlı əraziyə dərhal polis və yanğınsöndürənlər cəlb olunub. Rəsmi qurumlar hadisəyə müdaxilə etməzdən əvvəl qonşular da alova müdaxilə edib. İtfaiyyə briqadası alovu böyümədən nəzarətə alaraq söndürüb.
Ev sahibi Sefo sosial media hesabında baş verənlərlə bağlı açıqlama verib.
“Dünən gecə Samsundakı ailə evimdə yanğın çıxdı. Qısa müddətdə müdaxilə edildi və söndürüldü, Allaha şükür. bacım və iki pişiyimiz çox şükür ki, yaxşıdır. Həmin vaxt yardıma gələn qonşularımızın haqqı ödənməz,” – deyə paylaşımında bildirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ayxan