DÜNYA
Zelenski Makronla da görüşdü
Ukrayna Prezidenti Volodimir Zelenski Romada ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşün ardınca Fransa Prezidenti Emmanuel Makronla da görüşüb.
32gun.az Xarici KİV-ə istinadən xəbər verir ki, liderlər bir araya gələrək gələcək sülh təşəbbüsləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa sosial şəbəkə hesabında Zelenski və Makronun fotosunu paylaşaraq "İndi nə baş verir?" qeydi ilə diqqət çəkib.