Rusiyada qadın pişik bığı sayəsində lotereya qazandığını deyir
Voloqda vilayətindən olan bir qadın lotereyada qalib gəldiyini, bunun bir əlamət sayəsində baş verdiyini bildirib.
32gun.az bildirir ki, bu barədə RİA Novosti, "Milli Lotereya"nın (Rusiya Maliyyə Nazirliyinin təşkil etdiyi dövlət lotereyalarının operatoru) mətbuat xidmətinə istinadən xəbər yayıb.
Qadın onlayn lotereyada 10 milyon 990 min 311 rubl qazanıb.
Qalibin sözlərinə görə, hadisədən bir gün əvvəl pişiklərinin bığlarının töküldüyünü görüb və onları yığıb. O, anasından eşitdiyi kimi, pişik bığlarının uğur gətirdiyinə inanıb.
Elə həmin gün lotereyada iştirak edən qadın, səhəri gün böyük məbləğdə pul qazandığını öyrənib.
"İndiyədək yatdığım yerdə qəfil oyandım, telefonun fənərini yandırmaq istəyəndə lotereya udduğuma dair mesajı gördüm və artıq yuxuya gedə bilmədim," – deyə qadın sevincini bölüşüb.
Qazandığı pulu qadın qızına mənzil almaq üçün xərcləməyi planlaşdırır.
Ayxan