Polşada prezidentliyə namizəd Qjeqoj Braun seçkiqabağı debatlar zamanı Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının vacibliyini bildirib.
32gun.az bildirir ki, bu barədə məlumatı "RIA Novosti" yayıb.
Siyasətçi vurğulayıb ki, əlaqələrin qurulmasında məqsəd "ümumi maraqlarda" işləməkdir, "dostluq festivalları" təşkil etmək deyil.
"Heç kim bizə Rusiyanı səmimi dost və ya sivilizasiyamızın nümayəndəsi kimi təqdim etmir. Lakin Rusiya ilə sərhəddə yerləşən bir ölkə olaraq münasibətlərin normallaşdırılmasına çalışmalıyıq", – deyə Braun bildirib.
Qeyd edək ki, Polşada prezident seçkilərinin birinci turu 18 mayda keçiriləcək. Mövcud prezident Andjey Duda artıq iki müddət ardıcıl prezidentlik etdiyi üçün yenidən namizədliyini irəli sürə bilməz.
Aparılan rəy sorğularına görə, seçkilərin ikinci turunda, əgər belə bir mərhələ olarsa, "Hüquq və Ədalət" partiyasından Karol Navrotski və hazırkı Baş nazir Donald Tuskun rəhbərlik etdiyi hakim koalisiyanın nümayəndəsi Rafal Tşaskovski mübarizə apara bilər.
Ayxan