DÜNYA ÖZ XƏBƏR

İran mayın 2-də Aİ3-ün nüvə görüşünü təklif edir

İran Avropa üçlüyü ilə nüvə sazişini müzakirə etmək üçün Roma görüşü təklif edib

İran, 2015-ci il nüvə sazişinin tərəfləri olan Böyük Britaniya, Almaniya və Fransa (Avropa üçlüyü) ilə danışıqlar aparmaq üçün Romada görüş keçirməyi təklif edib.

32gun.az bildirir ki, bu barədə "Reuters" agentliyi adını açıqlamayan diplomatlara istinadən xəbər verir.

Məlumata görə, görüşün 2 may tarixində İtaliyanın paytaxtı Romada baş tutması planlaşdırılır.

"İran, 2015-ci il nüvə sazişinin Avropa tərəfləri ilə, ABŞ-la danışıqların bərpa olunacağı təqdirdə, bu cümə günü Romada görüş keçirməyi təklif edib", – xəbərdə qeyd olunub.

Bildirilib ki, Avropa ölkələri hələlik Tehran tərəfindən irəli sürülən təşəbbüsə cavab verməyiblər.

Qeyd edək ki, daha əvvəl İranın xarici işlər naziri Abbas Arakçi Tehranla Vaşinqton arasında aparılan danışıqlar fonunda Paris, Berlin və Londona səfərə hazır olduğunu açıqlamışdı.

Ayxan 

Oxşar Xəbərlər