Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Böyük Zəfərin 80 illiyi münasibətilə elan etdiyi müvəqqəti atəşkəs qərarını qəbul edib.
32gun.az bildirir ki, bu barədə BMT-nin baş katibinin sözçüsü Stefan Dujarrik məlumat verib.
28 aprel tarixində Rusiya prezidenti Vladimir Putin Böyük Zəfərin 80 illiyi münasibətilə atəşkəs elan edib. Bu qərar humanitar səbəblərlə qəbul edilib və 7 may saat 00:00-dan 8 may saat 00:00-a qədər qüvvədə olacaq. Atəşkəs zamanı cəbhənin bütün xətti boyunca döyüşlər dayandırılacaq. Kreml sözçüsü Dmitri Peskov bildirib ki, yeni müvəqqəti atəşkəs təşəbbüsü birbaşa Rusiya prezidentindən gəlib.
Dujarrik jurnalistlər üçün keçirdiyi brifinqdə atəşkəs barədə verilən sualı cavablandıraraq, "Biz müxtəlif bəyanatları qəbul etdik", – deyə qeyd edib.
Əvvəllər Bəyaz Evin mətbuat katibi Keri Layvitt atəşkəs qərarını şərh edib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Ukraynada atəşkəsin daimi olmasını istəyir və münaqişənin sona çatması ilə bağlı optimist yanaşır.
Ayxan