DÜNYA ÖZ XƏBƏR

Beş polis korrupsiyada ittiham olunur - Bu ölkədə

Podolsk şəhərində 5 polis əməkdaşına 15 milyon rubl rüşvət almaq ittihamı irəli sürüldü

Moskva vilayətinin İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin məlumatına görə, Podolsk şəhər dairəsində Rusiya Daxili İşlər Nazirliyinin (UMVD) beş əməkdaşına 15 milyon rubl rüşvət almaq işi üzrə ittiham irəli sürülüb.

32gun.az Rusiya mediasına istinadən bildirir ki, bu barədə qurumun Telegram kanalında məlumat verilib.

Bildirilib ki, saxlanılan şəxslər hadisədəki rol və iştirak dərəcəsinə görə rüşvət alma və rüşvətdə vasitəçilik (Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı bəndi və 291.1-ci maddəsinin 4-cü bəndi) maddələri ilə ittiham olunurlar.

İstintaqın məlumatına görə, 4-24 aprel 2025-ci il tarixləri arasında təqsirləndirilən şəxslər əvvəlcədən razılaşaraq qrup halında yerli sakinlərdən 15 milyon rubl rüşvət alıblar. Məqsəd isə istintaq altında olan cinayət işi çərçivəsində yeni cinayət epizodlarının aşkarlanmasının qarşısını almaq və digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməsini təmin etmək olub.

Təqsirləndirilən şəxslər barəsində həbs və digər qətimkan tədbirləri seçilib. İstintaq Komitəsi araşdırmaları davam etdirir.

Ayxan 

Oxşar Xəbərlər