Moskvaətrafı Balaşixada qadına qarşı deyilən sözlər səbəbindən kişilər arasında mübahisə yaranıb. Hadisə zamanı iştirakçılardan biri maçete (çapacaq, iri kəsici alət) çıxararaq ailə cütlüyünə hücum etməyə cəhd edib.
32gun.az bildirir ki, bu barədə "Ostorojno, Moskva" Telegram kanalı məlumat yayıb.
İnsident ötən axşam Boyarinova küçəsindəki çoxmərtəbəli binanın yaxınlığında baş verib.
Yayılan görüntülərdə görünür ki, binanın girişində üç kişi söhbət edir, onların arxasında isə iki it saxlayan bir qadın dayanır. Daha sonra əlinə maçete alan dördüncü bir kişi yaxınlaşaraq qışqırmağa və soyuq silahla hədələməyə başlayır.
Münaqişə zamanı kişinin dediyi sözlər diqqət çəkib: “Üzə deyirlər ki, 'mən sənin arvadını istəyirəm. Bax belə 'cəsurlar'. Mənim arvadım tərbiyəli erməni qadınıdır.”
Digər tərəf isə qadının "çox açıq və cəlbedici geyimdə" olduğunu iddia edib. Söz atışması sonradan uşaq meydançasında kütləvi dava ilə nəticələnib.
Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
Ayxan