İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdə böyük ziyan görən Sancaktepedəki bina nəzarətli şəkildə sökülüb.
32gun.az Türkiyə mətbuatına istinadən bildirir ki, Söküntü işlərində iştirak edən Sancaktepe Bələdiyyə Başçısı Alper Yeğin, qanunsuz tikililərə qətiyyən dözməyəcəklərini vurğulayaraq, bələdiyyə olaraq bu mövzuda vasvasılıqla çalışdıqlarını bildirib.
Aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra Sancaktepe Veysəl Karani məhəlləsində Asıltürk küçəsində 35 illik 5 mərtəbəli binanın 5-ci mərtəbəsindəki eyvan uçub. Ağır zədələnmiş tərk edilmiş bina Sancaktepe Bələdiyyəsi qrupları tərəfindən nəzarətli şəkildə sökülüb.
Söküntü işlərini yerində təqib edən Sancaktepe Bələdiyyə Başçısı Alper Yeğin verdiyi açıqlamada, "İstanbulda ötən gün baş verən 6,2 bal gücündə zəlzələdə zərər görən və 3 ildir heç kimin yaşamadığı bina bələdiyyə qruplarımız tərəfindən təhlükəsiz şəkildə sökülür. Zəlzələ gerçəyini unutmadan , xüsusilə də binalarla mübarizə aparmayacağıq. Təftişlər təmin etmək, eyni zamanda, şəhər çevrilmə prosesini vətəndaşlarımız üçün həvəsləndirəcək işlər həyata keçiririk.
Bələdiyyə sədri Yeğin, sökülən binanın 3 ildir boş olduğunu və bələdiyyənin bütün rayonda oxşar binaların müayinəsini davam etdirdiyini və riskli binaların müəyyən edilməsi işlərinin fasiləsiz olaraq davam etdiyini bildirib.
Nilay