VİDEO ÖZ XƏBƏR

İspaniya Daxili İşlər Nazirliyi qaralma fonunda fövqəladə vəziyyət elan edib

İspaniya Daxili İşlər Nazirliyi ölkədə fövqəladə vəziyyət elan edib. Buna səbəb kütləvi elektrik kəsintisi (bləkaut) olub.

32gun.az bildirir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

28 aprel tarixində İspaniyanı və Portuqaliyanı kütləvi elektrik kəsintisi bürüyüb. Nəticədə qatarların, təyyarələrin və ictimai nəqliyyatın hərəkətində problemlər yaranıb.

Hadisə fonunda Madrid meri Xose Luis Martinez Almejda İspaniya paytaxtına fövqəladə vəziyyətlə mübarizə üçün hərbçilərin göndərilməsini tələb edib.

Reuters qeyd edib ki, elektrik şəbəkələrindəki nasazlıq İspaniya ərazisində baş verən nadir atmosfer hadisəsi ilə əlaqəli ola bilər.

Nilay 

Oxşar Xəbərlər