Çelyabinsk vilayətində naməlum şəxs üç evi yandırıb və sonra özü psixonevroloji dispanserə gedib.
32gun.az bildirir ki, u barədə "Pravo rosta" mühafizə müəssisələrinin qrupunda məlumat verilib.
Hadisə 28 aprel səhəri Maqnitoqorsk şəhərində baş verib. Mühafizəçilər yerli psixonevroloji internatdan gələn çağırışa gediblər. Çağırışın səbəbi isə yanıq izləri və qan izləri olan, çılpaq halda internatın ərazisinə daxil olan bir kişinin görünməsi olub. Kişi saxlanılıb və daha sonra xəstəxanaya yerləşdirilib.
Daha sonra məlum olub ki, yaxınlıqdakı bağ sahələrində üç bağ evi yanıb. Hadisə yerində qəsdən yandırma əlamətləri, ayaq izləri, qan izləri və saxlanılan şəxsə məxsus olduğu güman edilən geyim əşyaları tapılıb. Polis hadisənin detalları üzərində işləyir.
Qeyd edək ki, aprelin 24-dən 25-nə keçən gecə Sankt-Peterburqda qeyri-adekvat davranışlı bir şəxs bıçaqlarla əl-qol ataraq polisə "bir-birinə qarşı döyüş" təklif edib. Patrul əməkdaşlarından biri havaya xəbərdarlıq atəşi açıb. Bundan sonra həmin şəxs qaçmağa cəhd etsə də, saxlanılıb və təcili tibbi yardım əməkdaşlarına təhvil verilib. O, xəstəxananın toksikologiya şöbəsinə yerləşdirilib.
Nilay