DÜNYA ÖZ XƏBƏR

İki məktəbli qız elektrik qatarının altında qalıb - Kazanda

Aprelin 29-da Kazan şəhərində baş verən dəhşətli hadisə zamanı iki məktəbli qız elektrik qatarının altında qalıb.

32gun.az bildirur ki, hadisə barədə KazanFirst nəşri məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, hər iki qız sağ qalıb və hazırda Respublika Uşaq Klinik Xəstəxanasına yerləşdirilib.

Zərərçəkənlərin dəqiq yaşı və xəsarətlərin xarakteri barədə hələlik rəsmi məlumat verilməyib. Hadisənin detalları araşdırılır, ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

Qeyd edək ki, bu ay Penzə vilayətində gənc bir oğlan qatardan xəsarət alıb. Hadisə nəticəsində o, bir əlini itirib. Yerli sakinlərin sözlərinə görə, yaralı, əlinin tam qopmaması üçün onu qandal vasitəsilə bədəninə bağlayıb.

Ayaz 

Oxşar Xəbərlər